Modern.az

Milli Məclisdə jurnalistlərin akkreditasiyası başlanıb

Milli Məclisdə jurnalistlərin akkreditasiyası başlanıb

Parlament

7 Yanvar 2014, 16:18

Milli Məclisin yaz sessiyasında istər komitələrin iclaslarında, istərsə də plenar iclaslarda iştirak etmək üçün jurnalistlərin akkreditasiyasına başlanıb. Bu barədə Modern.az saytına açıqlama verən Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, jurnalistlərin akkreditasiya məktubları yanvarın 15-ə qədər qəbul olunacaq.

“Artıq jurnalistlərin Milli Məclisdə akkreditasiyası ilə bağlı bizə məktublar gəlir. Hətta dekabrın sonlarından parlamentin yaz sessiyasını izləmək istəyən jurnalistlərin məktubları daxil olub. Yanvarın 15-ə qədər bu proses davam edəcək. Sonrakı 5 gün ərzində isə parlamentin daxili nizamnaməsinə uyğun olaraq daxil olan müraciətlərə baxılacaq”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...