Modern.az

Deputatdan əfvlə bağlı yeni TƏKLİF

Deputatdan əfvlə bağlı yeni TƏKLİF

Parlament

20 Dekabr 2024, 11:38

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev əfvlə bağlı təkliflə çıxış edib.

Modern.az-ın məlumatına görə, o, bu barədə parlamentin plenar iclasında danışıb.

“Prezidentə yalnız məhkumların deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə məsuliyyətdən azad etmək səlahiyyəti verən qanun qəbul etməyi təklif edirəm”, - o bildirib.

Q.Həsənquliyev, həmçinin çıxışında Azərbaycanın D-8 təşkilatına üzvlüyü məsələsinə də toxunub.

“Dünən böyük D-8 təşkilatına üzv olmağımız münasibətilə xalqımızı təbrik edir və höküməti daha böyük təşkilat olan ÜTT-yə üzv olmaq üçün yubanmadan zəruri qərarlar qəbul etməyə çağırıram”, - deyə deputat bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi