Modern.az

Parlamentdə yaz sessiyası: İlk iclasın tarixi AÇIQLANDI

Parlamentdə yaz sessiyası: İlk iclasın tarixi AÇIQLANDI

Parlament

14 Yanvar 2025, 10:53

Milli Məclisin yaz sessiyasında ilk komitə iclasının vaxtı məlum olub.

Modern.az-ın məlumatına görə, sessiya çərçivəsində ilk komitə iclası yanvarın 16-da baş tutacaq.

Mədəniyyət komitəsinin yanvarın 16-da keçiriləcək iclasının gündəliyi də açıqlanıb:

1. Mədəniyyət komitəsində 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat.

2. Mədəniyyət komitəsinin 2025-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi.

3. “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər