Modern.az

Parlament beynəlxalq sazişi ratifikasiya etdi

Parlament beynəlxalq sazişi ratifikasiya etdi

Parlament

3 Fevral 2025, 13:04

Milli Məclis Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib.

Modern.az xəbər verir ki, bununla bağlı MM-in bugünkü plenar iclasında “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in müzakirəsi aparılıb.

Qeyd edilib ki, saziş üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb.

Sənədin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulmuş istixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraq yaşıl enerjinin inkişafını təşviq etməkdir. Bu çərçivədə tərəflər, bərpaolunan enerji mənbələrinin istehsalı, ötürülməsi və ticarəti sahəsində qarşılıqlı əməkdaşlıq edəcək, yaşıl hidrogen və yaşıl ammonyak texnologiyalarının tətbiqini dəstəkləyəcək.

Vurğulanıb ki, saziş qeyri-müəyyən müddətə bağlanıb.

Layihə müzakirələrdən sonra bir oxunuşda təsdiq edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər