Modern.az

Komitə sədri Rusiyaya gedir

Komitə sədri Rusiyaya gedir

Parlament

4 Mart 2025, 15:16

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov MDB Parlamentlərarası Assambleyasının İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün martın 5-də Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.

Modern.az-ın məlumatına görə, iclasda MDB iştirakçısı olan dövlətlər üçün model Vergi Məcəlləsinin xüsusi hissələrinin layihələri, həmçinin “Strateji planlaşdırma haqqında”, “Standartlaşdırma haqqında”, “Lisenziyalaşdırma haqqında” və digər model qanun layihələri üzərində işin gedişi barədə müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaqdır.

Qeyd edək ki,Səfər martın 7-də başa çatacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum