Modern.az

Milli Məclis 75 mətbuat orqanını akreditasiyadan keçirdi

Milli Məclis 75 mətbuat orqanını akreditasiyadan keçirdi

29 Yanvar 2014, 15:59


“2014-cü il Milli Məclisin fəaliyyətini izləmək üçün 75 kütləvi informasiya vasitəsi akkreditasiyadan keçib”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib. O, qeyd edib ki, bunlardan 16-sı televiziyadır. “Akkreditasiyadan keçən KİV-lərdən 2-si radio, 34-ü qəzet və 23-ü agentlikdir. Bunlar 2014-cü ilin yaz sessiyası çərçivəsində Milli Məclisin fəaliyyətini işıqlandıracaqlar”.

A. Təvəkküloğlu eyni zamanda parlamentin mətbuat xidməti olaraq daim jurnalistlərin suallarını cavablandırmağa hazır olduqlarını bildirib. “Biz mətbuat xidməti olaraq jurnalistlərlə Milli Məclis arasında olan əlaqələrin daha da yaxşılaşması üçün bütün imkanlardan rəhbərlik səviyyəsində istifadə edirik. Heç vaxt mediayla problemimiz olmayıb və olmayacaq. Jurnalistlərdən nə vaxt müraciət olsa, gecə və gündüz də çalışırıq ki, maksimum dərəcədə reaksiya verək”.

Aytən ƏLİYEVA 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...