Modern.az

Mahir Süleymanlıdan Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarına TƏBRİK

Mahir Süleymanlıdan Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarına TƏBRİK

28 Mart 2025, 12:10

Deputat Mahir Süleymanlı Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü münasibətilə təhlükəsizlik orqanlarının əməkdaşlarını təbrik edib.

 

Modern.az-ın məlumatına görə, deputat təbrikində dövlətimizin suverenliyinin, milli təhlükəsizliyimizin və ictimai sabitliyimizin qorunmasında mühüm rol oynayan təhlükəsizlik orqanlarının əməkdaşları yüksək peşəkarlıq, fədakarlıq və qətiyyət nümayiş etdirərək şərəfli vəzifələrini ləyaqətlə yerinə yetirdiyini qeyd edib. 

 

"Bu əlamətdar gündə general-polkovnik cənab Əli Nağıyev başda olmaqla, bütün təhlükəsizlik orqanları əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, daha böyük uğurlar və məsuliyyətli fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram!" - deyə Mahir Süleymanlı təbrikində bildirib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu