Modern.az

Sahibə Qafarova Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

Sahibə Qafarova Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

Parlament

4 Aprel 2025, 20:51

Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 4-də Daşkənddə Heydər Əliyev Meydanında olub.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri Ulu Öndər Heydər Əliyevin meydanda ucaldılan abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər.

 

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Heydər Əliyev Meydanının açılışı olub. Bu meydanın yaradılması dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

 

Daşkəndin Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşən meydanın ətrafındakı binalar abadlaşdırılıb, ərazisi tamamilə yenidən qurulub. Burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər