Modern.az

Nazir onlara vəzifə verdi

Nazir onlara vəzifə verdi

Parlament

7 Aprel 2025, 14:16

Mədəniyyət Nazirliyində yeni təyinatlar olub.

Modern.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən, Aydın Bəşir oğlu Bəşirov Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad edilib. O, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayonu üzrə nümayəndəsi Namiq Tarverdiyev isə bu idarənin rəisi təyin olunub.

Qeyd edək ki, N.Tarverdiyev daha əvvəl Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində də çalışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər