Modern.az

Azərbaycan Yaxın Şərqdə əsas aktorlardan birinə çevrilib - Deputat

Azərbaycan Yaxın Şərqdə əsas aktorlardan birinə çevrilib - Deputat

Parlament

11 Aprel 2025, 11:56

Prezident İlham Əliyev ADA Universitetinin Xankəndidəki Qarabağ Universitetində təşkil etdiyi beynəlxalq forumda növbəti dəfə həm bölgəmiz, həm də dünyamız üçün çox mühüm mesajlar verib.               

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında çxışı zamanı deputat Ceyhun Məmmədov bildirib.

"Prezident İlham Əliyevin verdiyi mühüm mesajlar çox idi. Bu mesajlar olduqca açıq, cəsur, ünvanlı və hədəfli idi. Bir neçəsinin üzərində durmaq istəyirəm. Onlardan biri Yaxın Şərqlə bağlı məsələlərdir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Yaxın Şərqdə əsas aktorlarından birinə çevrilib. 
Bu gün Yaxın Şərqdə baş verən hadisələr bütün müsəlman dünyası tərəfindən diqqətlə izlənir. Bu baxımdan Türkiyə ilə İsrailin Suriya ilə bağlı məsələləri müzakirə etmək üçün Azərbaycanı seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və müdrik siyasətin göstəricisidir. Son proseslər bir daha göstərdi ki, Azərbaycan çox haqlı olaraq İsraillə münasibətlərin təməlini zamanında qoyaraq, uğurla inkişaf etdirdi. 
Bu baxımdan hazırkı dönəmdə Azərbaycanın həm Türkiyə, həm də İsraillə münasibətləri inkişaf etdirməsi xüsusi əhəmiyyətə malikdir. 
Burda ən önəmli məsələlərdən biri də Azərbaycanın Türk respublikaları ilə əlaqələrinə verdiyi önəmdir. Azərbaycan bu prosesin irəli aparılmasında əsas lokomotiv rollardan birini oynayır.  Azərbaycan Şimali Kipr Respublikasının Türk Dövlətləri Təşkilatı çərçivəsində məşvərətçi status almasında mühüm rol oynayıb",- o deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər