““Psixoloji xidmət haqqında” Qanun qəbul edilməlidir”. Modern.az-ın məlumatına görə, bu təkliflə deputat Musa Quliyev çıxış edib.
O bildirib ki, dünyanın bir çox ölkələrində belə bir qanun mövcuddur və azı ayda 3 dəfə psixoloq xidmətinə müraciət edirlər. “Gənclərin terror təşkilatlarına qoşulması və digər bir sıra problemlər psixoloji boşluqdan yaranır. Bunun qarşısını almaq üçün“Psixoloji xidmət haqqında” Qanun qəbul olumalıdır. Onu da deyim ki, MDB ölkələrinin bir çoxunda bu qanun qəbul edilib. Əgər tələb olunarsa bizim komissiya bu məsələni işləyib hazırlaya bilər və bu yaz sessiyasında bunu qəbul edə bilərik. Spiker Oqtay Əsədov deyib ki, deputatın qaldırdığı məsələ çox aktualdır. “Amma indi bu məsələni qanun halına salmaq üçün yetərincə iş görməliyik. Elə onu qeyd edim ki, bizdə istənilən qədər psixoloq yoxdur”.
Modern.az