Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında Hesabat Milli Məclisə daxil olub.
Modern.az-ın məlumatına görə, hesabat sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə ediləcək.
Qeyd edək ki, Hesabatda Hesablama Palatasının Strateji Planına uyğun olaraq 2024-cü il üzrə planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri qeyd olunmaqla əks etdirilib, həmçinin burada nəzarət tədbirləri barədə icmal-statistik məlumatlar təqdim olunub.