Modern.az

Azərbaycan və ŞKTC arasında əməkdaşlıq üçün böyük potensial var

Azərbaycan və ŞKTC arasında əməkdaşlıq üçün böyük potensial var

Parlament

15 Aprel 2025, 09:56

“Azərbaycan və ŞKTC arasında əməkdaşlıq üçün böyük potensial var. 2024-cü ilin 5 aprel tarixində Azərbaycan Milli Məclisi ilə Kipr Türk Cümhuriyyəti arasında işçi qrupu yaradıldı və mən həmin qrupun rəhbəri təyin edildim. Biz mütamadi olaraq bu ölkəyə səfər edir və əlaqələrimizin genişləndirilməsi üçün işlər aparırıq”

Modern.az xəbər verir ki, bu fikirləri TV1-in efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanla Kipr Türk Cümhuriyyəti arasında əlaqələrin tarixi uzun illərə söykənir.

“Bu gün 1000-ə yaxın azərbaycanlı tələbə orada təhsil alır. Azərbaycanlılar qardaş ölkəyə turist kimi səfər edirlər. Bir sözlə bizim əlaqələrimiz olduqca genişdir”- deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videoda:

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər