Modern.az

Komitə sədri Hulusi Akarla görüşdü

Komitə sədri Hulusi Akarla görüşdü

Parlament

16 Aprel 2025, 17:00

Aprelin 16-da Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev  ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) Milli müdafiə komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Qonaqları salamlayan Arzu Nağıyev bildirib ki, mütəmadi həyata keçirilən komitələrarası görüşlər təqdirəlayiq haldır.

 

O, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqlarımızın və ölkələrimizin ortaq maraqlarına xidmət etdiyini deyib, dost və qardaş ölkələrimizə qarşı olan hər hansı bir təhdidin, təhlükənin qarşısını almaq üçün birgə səy göstərilməsinin əhəmiyyətini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi