Modern.az

İki quzğun... - Deputatdan erməni keşişlərə sərt reaksiya 

İki quzğun... - Deputatdan erməni keşişlərə sərt reaksiya 

22 Aprel 2025, 14:51

Aprelin 10-da Vatikanda keçirlən çox mühüm bir tədbirə Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfransa diqqət çəkmək istərdim.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev Parlamentin bugün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

"Bunun  nə demək olduğu və burada Heydər Əliyev Fondunun oynadığı rol yəqin ki, hər kəsə aydındır. Hay kilsəsinin din xadimi adlandırılsalar da, ikinci Qarabağ savaşından 4 il yarım vaxt keçməsinə baxmayaraq bir dəfə də olsun sülh sözünün dilinə gətirməyən iki quzğun katolikosunun bununla bağlı şiddətli narazılıqlarını bir az gecikdirərək bildirmələri, məncə sözü gedən tədbirin onlar üçün yerin dərinliyindəki bunkerləri dağıdan bomba effekti yaratdığından xəbər verir. Həmən bombanın da səsi o dəqiqə çıxmır, təsiri üzdə çox görünmür, amma hədəfi darmadağın edir. Yəni biz növbəti dəfə qarşı tərəfə onları öz sivilizasiyalarından sayanların meydanında güc göstərə bildik ki, onun adı yumşaq gücdür".

Deputat vurğulayıb ki, nəinki Qarabağda və Şərqi Zəngəzurda da, Qərbi Azərbaycanda da mənimsənilən və ancaq dağıntıları qalan onlarla alban, daha dəqiqi xristian qıpçaq məbədinin olduğu unudulmamalıdır:

"Hesab edirəm ki, biz beynəlxalq qurumlar qarşısında dağıdılan məscidlərimiz kimi həmən o türk xristian irsi ilə bağlı da məsələ qaldırmalıyıq. Yeri gəlmişkən, Azərbaycanda multikulturalizmin bu dərəcədə möhkəm dayaqlar üzərində durmasının, onun təkcə dövlət siyasətinin tərkib hissəsi deyil, həm də həyat tərzi olmasının əsas səbəbi odur ki, bu ölkədə islam irsi ilə yanaşı, qədim xristian və yəhudi irsi də olub və qalır. Bir sözlə, biz burada qərbdəki bəlli çevrələr qarışıq bəziləri kimi selektevçi yanaşmanın əleyinəyik,  hansı dinə, etnik qrupa aidliyindən asılı olmayaraq ölkəmizdəki bütün mədəni və tarixi irsin həssaslıqla qorunub gələcək nəsillərə çatdırılmasının tərəfdarıyıq ki, bu yöndə atılan bütün addımlarımızda bu açıq-aydın görünür".

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi