Modern.az

Qanunvericilikdə müəyyən boşluqlar var - Deputat

Qanunvericilikdə müəyyən boşluqlar var - Deputat

Parlament

23 Aprel 2025, 14:54

Azərbaycanın istilik təchizatı qanunvericiliyində müəyyən boşluqlar var.     

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Texniki standartların yenilənməsi ehtiyacı - köhnəlmiş infrastruktur üçün müasir tələblərin tam müəyyən edilməməsi, enerji səmərəliliyi tələblərinin kifayət qədər sərt olmaması - binaların istilik izolyasiyası və enerji auditləri ilə bağlı tələblərin zəifliyi, alternativ və bərpa olunan enerji mənbələrinin istilik təchizatında istifadəsinə dair kifayət qədər təşviqlərin olmaması, istilik təchizatı xidmətlərinin keyfiyyətinə nəzarət mexanizmlərinin zəifliyi, tariflər və subsidiyalar sisteminin şəffaflığı ilə bağlı məsələlərdə boşluqlar var. Bu boşluqlar aradan qaldırılmalıdır. Standartlara cavab verməyən istilik avadanlıqlarının gömrükdən keçməsinə icazə verilməməlidir, nəzarət gücləndirilməlidir", - o deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi