Modern.az

Konstitusiya islahatları davam edən prosesdir - Vitse-spiker

Konstitusiya islahatları davam edən prosesdir - Vitse-spiker

Parlament

24 Aprel 2025, 12:08

“Azərbaycan Konstitusiyası dünyada sayılıb-seçilən normativ-hüquqi aktlardan biridir. Amma həyat yerində durmur, inkişaf edir, ictimai münasibətlərin dinamikası çox sürətlə irəliləyir, yeni problemlərin tənzimlənməsi məsələsi meydana çıxır”.

Modern.az xəbər verir ki, bunu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirdiyi elmi-praktik konfransda Milli Məclisin sədr müavini Ziyafət Əsgərov bildirib.

O qeyd edib ki, müstəqilliyin ilk illərində baş verən siyasi proseslər və hakimiyyətdə olan şəxslərin yarıtmazlığına görə Konstitusiya qəbul etmək mümkün olmayıb: “Lakin Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra, ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu və 1995-ci ildə biz Konstitusiyamızı qəbul edə bildik. Konstitusiyanın əsas institularından biri dövlətin suverenliyi məsələsidir. Suverenlik hər bir dövlətin əsas atributlarındandır.

Təəssüflə qeyd etmək lazımdır ki, torpaqlarımız 30 il ərzində qonşu Ermənistan tərəfindən işğalda saxlanıldı. 2023-cü il sentyabrın 19-20-də isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Ölkəmiz artıq həm de-yure, həm də de-fakto olaraq tam suverendir”.

Ziyafət Əsgərov Konstitusiyaya dəyişikliklərlə bağlı 2002, 2009 və 2016-cı illərdə referendumları xatırladıb: “Bu zaman Konstitusiyaya insanların hüquq və azadlıqları ilə bağlı normalar əlavə etdik. Konstitusiya islahatları davam edən prosesdir”.

Deputat vurğulayıb ki, Azərbaycan regionun ən inkişaf etmiş, iqtisadi və siyasi baxımdan lider dövlətidir.

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi