Modern.az

İtaliyalı deputatlar Xankəndidə - FOTOLAR

İtaliyalı deputatlar Xankəndidə - FOTOLAR

Parlament

1 May 2025, 15:35

Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri, mayın 1-də Xankəndinə səfər ediblər. Qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, səfər şərçivəsində parlamentarilər “Zəfər” meydanında olub, burda görülən işlərlə tanış olublar. Onlar Xankəndidə “Qarabağ” Unversitetini də ziyarət ediblər.

Qeyd edək ki, qonaqları Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər müşayiət ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK