Modern.az

Deputatlar Monteneqroya gedirlər

Deputatlar Monteneqroya gedirlər

Parlament

2 May 2025, 11:21

Milli Məclisin deputatları Azay Quliyev və Müşfiq Cəfərov ATƏT PA çərçivəsindəki İpək Yolu Qrupunun V Beynəlxalq Parlament Konfransında iştirak etmək üçün mayın 4-də Monteneqronun Budva şəhərinə səfər edəcəklər.

Modern.az-ın məlumatına görə, deputatlar “Dayanıqlı turizm: İnkişaf və ekologiya arasında tarazlıq”, “Təmiz enerji dəhlizləri: dayanıqlı gələcəyin təminatı”, “İpək Yolu bölgəsində əlaqəlilik: çağırışlar və imkanlar” və “Biznes və Süni İntellekt Forumu” adlı panel müzakirələrdə iştirak edəcək, tədbirin gündəliyində yer alan mövzulara dair öz fikirlərini bildirəcəklər.

Qeyd edək ki, səfər mayın 8-də başa çatacaq.

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi