Modern.az

Milli Məclisin deputatları AVRONEST-in iclasına gedir

Milli Məclisin deputatları AVRONEST-in iclasına gedir

Parlament

8 Fevral 2014, 14:29


Azərbaycan Milli Məclisinin üzvləri Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfərə gedir. Bu barədə Modern.az-a Milli Məclisin deputatı, Avronest-in Enerji Komitəsinin sədri Fuad Muradov bildirib.

Onun sözlərinə görə, fevralın 11-də başlayacaq Avronest-in üç komitəsinin iclası keçiriləcək. Qurumun Enerji komitəsinin iclasında 2015-ci ildə Riqada keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin növbəti sammitinə hazırlıqlar və “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində enerji ehtiyatlarının səmərəli istifadəsi və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın perspektivləri” mövzusunda məruzə dinləniləcək.
“Bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın perspektivləri”  mövzusunda Avropa külək enerjisi Assosiyasının rəhbəri Sara Azau məruzə edəcək. İclasda həmçinin Enerji komitəsinin hesabatı dinləniləcək.

Səfər fevralın 15-də başa çatacaq.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...