Milli Məclisin xüsusi iclası keçirilir.
Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə bir məsələ daxil edilib.
İclas “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunub.
İclasda “İlk milli Konstitusiyamız və Suverenliyimiz” adlı sənədli film nümayiş etdirilib. Spiker Sahibə Qafarova deyib ki, Milli Məclis Aparatında hazırlanmış bu sənədli film Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulunun 30 illiyinə, Vətən müharibəsində Azərbaycan xalqının Zəfərinin 5-ci ildönümünə, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasına həsr olunub.