Modern.az

Heydər Əliyev ideyaları dövlətimizin gələcəyinin təminatçısıdır

Heydər Əliyev ideyaları dövlətimizin gələcəyinin təminatçısıdır

Parlament

10 May 2025, 14:04

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümumilli Lideri Heydər Əliyevi anadan olmasının 102-ci ildönümündə dərin ehtiramla yad edirik!

 

Heydər Əliyev Azərbaycan tarixində yalnız bir siyasi lider kimi deyil, millətini zamanın sınaqlarından çıxaran müdrik rəhbər, uzaqgörən strateq və dövlət quruculuğunun memarı kimi silinməz iz qoymuş şəxsiyyətdir. Onun xalqına olan sonsuz sevgisi, dövlətə və milli maraqlara bağlılığı bu gün də hər bir azərbaycanlı üçün örnəkdir.

 

Ulu Öndərin rəhbərliyi ilə əsası qoyulan müstəqil, güclü və sabit Azərbaycanın inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev ideyaları xalqımızın birliyinin, dövlətimizin gələcəyinin təminatçısıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?