Modern.az

Səyyad Aran saxta plastik cərrahlarla bağlı məsələ qaldırdı

Səyyad Aran saxta plastik cərrahlarla bağlı məsələ qaldırdı

Parlament

16 May 2025, 13:46

Deputat Səyyad Aran Milli Məclisin bugünkü iclasında saxta plastik cərrahlarla bağlı işlərin tam olmaması ilə bağlı çıxış edib.

Modern.az xəbər verir ki, deputat sözügedən fikrini Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deyib.

S.Aran vurğulayıb ki, Səhiyyə Nazirliyinin apardığı işlər sonrasında saxta plastik cərrahiyyə həkimləri və həqiqətən bu ixtisası yaxşı bilənləri cəmiyyətə tanıtmaq lazımdır. Lakin bununla bağlı konkret addım atılmayıb.  

"Prosesin yarımçıq qalması saxta həkimlərin fərqli soyadlarla fəaliyyətinə imkan yaradır", - deyə sonda o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu