Modern.az

Deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər

Deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər

Parlament

20 May 2025, 15:48

Milli Məclisin deputatları - NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov və nümayəndə heyətinin üzvü Tahir Mirkişili NATO PA-nın yaz sessiyasında iştirak etmək üçün mayın 21-də ABŞ-nin Ohayo ştatının Dayton şəhərinə səfər edəcəklər.

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sessiya çərçivəsində seçkilərin kibertəhlükəsizliyinin gücləndirilməsi, transatlantik tərəfdaşlığa çağırış, cari və gələcək təhdidlərlə mübarizə, Dayton sazişlərinin imzalanmasının 30 illiyi, NATO və avtoritar ölkələrin birləşən bloku və digər mövzularda müzakirələr aparılacaq.

Qeyd edilib ki, səfər mayın 29-da başa çatacaq.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?