Modern.az

Parlamentin növbədənkənar sessiyası KEÇİRİLƏCƏK

Parlamentin növbədənkənar sessiyası KEÇİRİLƏCƏK

Parlament

23 May 2025, 13:04

Milli Məclisin növbəti plenar iclası mayın 30-da keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında məlumat verib.

Bu, parlamentin yaz sessiyası üzrə sonuncu iclası olacaq. Belə ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Məlumata görə, yaz sessiyasının başa çatmasından sonra Milli Məclisin növbədənkənar sessiyası da çağırılacaq. Bunun üçün artıq deputatlardan imza toplanılmasına başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular