İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
Modern.az-ın məlumatına görə, iclasda “2024-cü ilin büdcəsinin icrası” ilə bağlı qanun layihəsi müzakirə edilir.
Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 37 milyard 161,8 milyon manat (2023-ci illə müqayisədə artım 5,5 %), gəlirlər üzrə plan 2,1 % çox icra olunub.
2023-cü ildə dövlət büdcəsinin xərcləri 37 milyard 713,6 milyon manat (artım 3,4 %) təşkil edib, proqnoz 94,9 % icra olunub.