Qarabağ yaşıl enerji zonası elan edildi. Bu, mərkəzi istilik sistemi olmadan absurd səslənir.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai dinləmədə energetika nazirinin müavini Elnur Soltanov deyib.
O qeyd edib ki, mərkəzi istilik sistemi daha ucuz və daha təhlükəsizdir.
"Eyni zamanda ekologiyaya daha az ziyandır. Qarabağda da hazırda yaşıll enerji konsepsiyası həyata keçirilməkdədir. Qarabağ yeganə ərazimizdir ki, 2050-ci ilə qədər xalis 0 öhdəliyi götürüb. Biz bu ərazini bütün dünyaya nümunə olaraq təqdim etdik”, - deyə Elnur Soltanov qeyd edib.
Nazir müavini əlavə edib ki, tarif məsələsi artıq mənasızlaşacaq: “Vətəndaşların özlərinin qurduğu hər hansı cəmiyyət belə qazanxananı işlədə biləcək. Yəni istəsələr, “Azəristiliktəchizat”-a müraciət edərlər, istəsələr başqa yerə. Vətəndaşlar özləri qərar verəcək”.