Modern.az

Ramil Həsən yüksək vəzifəyə SEÇİLDİ

Ramil Həsən yüksək vəzifəyə SEÇİLDİ

Parlament

12 İyun 2025, 13:56

Bu gün Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsən təşkilatın yeni Baş katibi seçilib.

Modern.az xəbər verir ki, onun namizədliyi Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova tərəfindən irəli sürülüb.

Onun namizədliyi TÜRKPA-ya üzv ölkələrin Parlament Sədrlərinin və millət vəkillərinin yekdil qərarı ilə təsdiqlənib.

Bundan əvvəl TÜRKPA-nın Baş katibi türkiyəli Mehmet Süreyya olub.

Qeyd edək ki, Ramil Həsən 2009–2013-cü illərdə də TÜRKPA-nın Baş katibi vəzifəsini daşıyıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı