Modern.az

Təqaüdlərin artmasından sonra süni qiymət ARTIMI? - Deputatdan REAKSİYA

Təqaüdlərin artmasından sonra süni qiymət ARTIMI? - Deputatdan REAKSİYA

Parlament

14 İyun 2025, 12:35

Prezident İlham Əliyevin fərmanı ilə sosial müavinətlər, Prezident təqaüdləri və fəxri adlara görə təqaüdlər artırılıb. 

Fərman Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ilin əvvəlindən icra olunan 5-ci sosial islahat paketnin tərkib hissəsidir və 3 milyon vətəndaşı əhatə edir. 

Vətəndaşların əməkhaqqı, pensiya, müavinət və təqaüdlərinin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat vəsait ayrılıb.

Təqaüd və sosial müavinətlərin artmasından sonra sosial şəbəkələrdə vətəndaşlar süni qiymət artımının olacağından narahatlıq ifadə ediblər.

Ötən gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bildirib ki, sosial artımların inflyasiyaya necə təsir edib-etməməsini indi demək mümkün deyil: “Amma istənilən halda artımlar bazara təsir edəcək, lakin dediyim kimi inflyasiyaya təsirlə bağlı nəsə demək çətindir”.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, süni qiymət artımlarına qarşı mübarizə güclənməlidir.

"Sosial müavinəltərin, təqaüdlərin artırılması sosial paketin bir hissəsidir. Son addım bir daha təsdiq edir ki, Azərbaycanda sosial paketin dərinləşməsi müaşhidə edilir. Yalnız əmək haqqı və pensiyalarda yox, təqaüd və sosial müavinətlərdə də artımlar vətəndaşların sosial təminatının daha da yaxşılaşdırlması məqsədi daşıyır. Təbii ki, bu kontekstdə,xüsusən də süni qiymət artımlarına qarşı mübarizənin güclənməsi, sosial paketin genişlənməsinin istehlak bazarına təsirlərinin minimumlaşdırılması çox vacbdir. İstehlak bazarının strukturu göstərir ki, Azərbaycanda daha çox inflyasiya idxal inflyasiyası hesabına formalaşır".

Deputat qeyd edib ki, idxal inflyasiyasının qiymət artımlarında xüsusi payı var.

"Təbii ki, sosial artımın idxal ilə birbaşa əlaqəsi yoxdur. Amma ən vacib məqamlardan biri süni qiymət artımları ilə mübarizədir. Sosial paketin dərinləşməsi fonunda süni qiymət artımları ilə mübarizənin güclənməsi çox vacibdir. Çünki nəticə etibarilə süni qiymət artımlarına qarşı mübarizənin güclənməsi istehlak bazarında qiymətlərin optimallaşdırılmasına səbəb ola biləcək və bu kontekstdən uyğun profil dövlət qurumları tərəfindən istehlak bazarında monitorinqlərin güclənməsi və süni qiymət artımlarına qarşı mübarizənin daha da dərinləşdirilməsi vacibdir", - Vüqar Bayramov deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU