Modern.az

QHT-lərə bəzi bank əməliyyatları qadağan edilir

QHT-lərə bəzi bank əməliyyatları qadağan edilir

Parlament

24 İyun 2025, 13:11

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi qaydalarında dəyişiklik edilir.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, qeyri-hökumət təşkilatı tərəfindən malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar müqavilə əsasında həyata keçirilir. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə qeydə alınması üçün qeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.

Qanun layihəsinə əsasən, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatların aparılması mümkün olmayacaq.

Həmçinin müqavilə olmadan və ya qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edən qeyri-hökumət təşkilatı İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyacaq.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!