Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasının vaxtı məlum olub.
Modern.az-ın məlumata görə, sessiyanın sonuncu iclasının iyulun 8-də baş tutacağı gözlənilir.
Qeyd edək ki, növbədənkənar sessiyanın ilk iclası iyunun 3-də keçirilib.
Azərbaycan Respublikasının Milli Məclisi hər il iki əsas növbəti sessiya keçirir:
Yaz sessiyası – 1 fevraldan 31 mayadək davam edir.
Payız sessiyası – 30 sentyabrdan 30 dekabradək keçirilir.
Əgər sessiyanın başlanğıc tarixi istirahət gününə düşərsə, sessiya həmin tarixdən sonra gələn ilk iş günü başlayır.
Bundan əlavə, zərurət yarandıqda Milli Məclis növbədənkənar sessiyalar da keçirə bilər. Bu sessiyalar Prezidentin təşəbbüsü ilə və ya ən azı 42 deputatın müraciəti əsasında çağırılır.
Onu da qeyd edək ki, deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaq.