Xüsusi İcra Məmurlarının Reyestri yaradılacaq.
Modern.az-ın məlumatına görə, bu, Milli Məclisin iyulun 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Xüsusi icra məmurları haqqında" qanun layihəsində əksini tapıb.
Xüsusi İcra Məmurlarının Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.