Modern.az

Konstitusiya Məhkəməsinə gətirilən yeni hakimlər KİMDİR?

Konstitusiya Məhkəməsinə gətirilən yeni hakimlər KİMDİR?

Parlament

3 İyul 2025, 15:59

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Konstitusiya Məhkəməsinə yeni hakimlərin təyin edilməsi ilə bağlı məsələ müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyyə edilib.

Layihəyə əsasən, 4 nəfər Rəşid Rzayev, Otari Qvalidze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunacaq.

Modern.az yeni təyin olunacaq hakimlərin kimliyini araşdırıb.

Konstitusiya Məhkəməsinə sədrliyi irəli sürülən Rəşid Rzayev hazırda Xətai Rayon Məhkəməsinin sədri vəzifəsini icra edir.

Rauf Quliyev isə Konstitusiya Məhkəməsinin Aparat rəhbəridir. O, 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni, 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni, «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)» yubiley medalı, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

Otari QvaladzeFərhad Tutayuk Prezident Administrasiyasının əməkdaşlarıdır.

Otari Qvaladze Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində, Fərhad Tutayuk isə Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsinin sektor müdiri vəzifəsində çalışır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu