Milli Məclis Konstitusiya Məhkəməsinə dörd yeni hakimin təyin olunmasını təsdiqləyib.
Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin 4 iyulda keçirilən plenar iclasında müzakirəyə çıxarııb.
Konstitusiya Məhkəməsinə hakimlərin təyin edilməsi haqqında qərar layihəsinə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunur.
Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Otari Qvaladze və Fərhad Tutayuk Prezident Administrasiyasında çalışıblar. R.Rzayev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri, R.Quliyev isə Konstitusiya Məhkəməsinin Aparat rəhbəri olub.