Modern.az

Tələbkarın daşınar və daşınmaz əmlakı əldə etmə qaydası dəyişir

Tələbkarın daşınar və daşınmaz əmlakı əldə etmə qaydası dəyişir

Parlament

4 İyul 2025, 14:15

Milli Məclis tələbkarın əmlakı əldə etməsi qaydasının dəyişməsini birinci oxunuşda qəbul edib. 

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycanda icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakı və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakı “İcra haqqında” qanuna uyğun olaraq tələbkarın əldə etməsi tələbkarın yazılı müraciəti əsasında notariuun bu barədə şəhadətnamə verməsi ilə rəsmiləşdiriləcək.
Sənədə əsasən, Şəhadətnamə müvafiq əmlakı tələbkarın qəbul etməsi ilə bağlı tələbkarın iradə ifadəsini özündə əks etdirən, icra məmuru və tələbkarın imzaladığı "Elektron icra" informasiya sistemi vasitəsilə "Elektron notariat informasiya sisteminə göndərilən protokol əsasında verilir. Həmin şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI