Modern.az

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Parlament

4 İyul 2025, 12:57

Milli Məclis Azərbaycanda ipoteka predmetinin satışı qaydasının dəyişməsini ilk oxunuşda qəbul edib.

Modern.az xəbər verir ki, “İpoteka haqqında” qanuna təklif olunan dəyişiklik parlamentinbu gün keçirilən növbəti iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs, hərracların keçirilməsi qaydası, o cümlədən hərrac baş tutmadıqda sonrakı prosedurların müəyyən edilməsi, tərəflərin hüquq və vəzifələri və əmlakın satış qiyməti tərəflərin razılığı ilə müəyyən olunacaq.
Sənədə əsasən, buna müvafiq olaraq hərracların keçirilməsi qaydası, hərracın baş tutmaması, hərracın etibarsız sayılması ilə bağlı müddəalar qanundan çıxarılır.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI