Mİyulun 7-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə vurğulanıb ki, Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub. Spiker Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin növbəti təzahürü olduğunu bildirib.
Milli Məclisin sədri qonaqların Prezident İlham Əliyevlə görüşünə toxunaraq, qeyd edib ki, dövlət başçımız ölkələrimiz arasındakı münasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir.