Modern.az

Ali Məclisin sədri Naxçıvanda ali vəzifəli şəxsi sayılmayacaq

Ali Məclisin sədri Naxçıvanda ali vəzifəli şəxsi sayılmayacaq

Parlament

8 İyul 2025, 11:34

Naxçıvan Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi sayılmayacaq.

Modern.az xəbər verir ki, bu Milli Məclisin plenar iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Naxçıvan MR-in ali vəzifəli şəxsi Naxçıvan MR Ali Məclisinin sədridir. Sözügedən maddədə Naxçıvan MR-in ali vəzifəli şəxsinin səlahiyyətləri də əksini tapıb.

Qanun layihəsində həmin maddənin ləğv edilməsi təklif olunur.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi