Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabe olacaq.
Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin 8 iyul tarixli iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, Naxçıvan MR-in Nazirlər Kabineti Naxçıvan MR-in Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir.
Qanun layihəsinə əsasən, Naxçıvan MR-in Nazirlər Kabineti Naxçıvan MR-in Ali Məclisinə özünün fəaliyyəti barədə hesabat verəcək. Naxçıvan MR-in Nazirlər Kabineti iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.