Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.
Modern.az xəbər verir ki, bu, Milli Məclisin 8 iyulda keçirilən plenar iclasında müzakirə olunan “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsində mövcud qanunvericilikdə olan yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin qazın saxlanmasına icazə ilə dəyişdirilməsi təklif edilir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.