Modern.az

Yeni təyin olunan məmurlar ətrafına dost-tanışını yığır - DEPUTAT

Yeni təyin olunan məmurlar ətrafına dost-tanışını yığır - DEPUTAT

Parlament

14 İyul 2025, 12:10

"Elə hallar olur ki, vəzifəyə təzə təyin olunan məmur kreslosuna çatar-çatmaz qılıncını çəkib düşür işçilərin üstünə: ərizəni yaz, səninlə işləyə bilməyəcəyik! Ədalət naminə deməliyəm ki, hər məmur belə deyil, amma var. Pensiya yaşına çatmağa az qalmış dövlət qulluqçusunun işdən çıxarılmasına cəhdlər də olur".

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Razi Nurullayev bildirib.

O, qeyd edib ki, hamıya oğru kimi baxırlar:

"Təbii ki, qanun pozuntusuna yol verən şəxslərin işinə xitam verilməsi başadüşüləndir. Toxunduğum məsələ isə əsas vəzifə postlarının boşaldılmasına məcburetmə və ətraflarına dostlarının, yaxınlarının yığılmasıdır. Bu qəbuledilməzdir və belə hallara birdəfəlik son qoyulmalıdır.

Bu narahatlığımızı nəzərə alaraq həmin işlərə nəzarət etmək və təkliflər hazırlamaq üçün parlament komissiyasının yaradılması imkanlarının nəzərdən keçirilməsini xahiş edirəm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi