Modern.az

Azərbaycan-Suriya parlamentlərası əlaqələri nə vaxt bərpa ediləcək? - Komitə sədri danışdı

Azərbaycan-Suriya parlamentlərası əlaqələri nə vaxt bərpa ediləcək? - Komitə sədri danışdı

Parlament

16 İyul 2025, 11:08

Suriyada Bəşər Əsəd rejimi devriləndən sonra hakimiyyətə gələn Əhməd Əl Şaraanın başılıq etdiyi yeni hökumət Türkiyə və Azərbaycanla əlaqələri bərpa etməkdə maraqlıdır. Artıq bu istiqamətdə müvafiq addımlar atılıb.

Bu il fevral ayının 17-də 13 illik fasilədən sonra Azərbaycanın Dəməşqdəki səfirliyi fəaliyyətini bərpa edib. Eləcə də bir neçə gün öncə Suriya keçid hökumətinin Prezidenti Əhməd Əl Şaara Azərbaycana səfər edib və Prezident İlham Əliyevlə görüşüb. Bu görüşdə bir sıra əməkdaşlıq məsələləri müzakirə olunub,  

Bütün bunlar parlament səviyyəsində də əməkdaşlığın bərpa edilməsini şərtləndirir. 

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, parlamentlərarası işçi qrupunun bərpası xalqlararası münasibətlərin formalaşmasını və normal şəkildə cərəyan etməsini tələb edir:

“Bütün spektrlər üzrə Azərbaycan-Suriya əlaqələri genişlənir. Ardıcıl olaraq bu istiqamətdə bütün sahələr üzrə işlər aparırıq. Başa düşmək lazımdır ki, Suriyada gedən proseslər o qədər də asan deyil, orada vəziyyət həddindən artıq mürəkkəbdir. Dünən və ondan əvvəlki gün baş verənlər bir daha göstərir ki, hələ də təhlükəsizlik məsələlərilə bağlı problemlər var, bunlar nəzarət altında olmalı, araşdırılmalıdır. Ona görə də parlamentlərarası işçi qrupunun fəaliyyətini bərpası bunu tələb edir ki, xalqlararası münasibətlər formalaşsın və normal şəkildə cərəyan etsin”.  

Komitə sədri vurğulayıb ki, bu istiqamətdə artıq Azərbaycan Respublikasının Prezidenti, Xarici İşlər Nazirliyi tərəfindən gözəçarpan işlər görülüb:

“Məlumdur ki, sabitliyin bərpa olunması ilə bağlı Suriya-İsrail arasında danışıqlıq aparıldı. Bu elə-belə məsələ deyil, sabitliyi təmin etmək üçündür. Sabitliyin təmin edilməsi isə xalqlar arasında əlaqələrin təşkil olunmasına təkanverici amildir. Ona görə tələsmək lazım deyil. Bütün spektr üzrə əlaqələrimiz inkişaf etdiriləcək. Biz Suriyaya həm Türkiyə vasitəsilə, həm də birbaşa bəzi sahələrdə köməyimizi göstərməyə başlamışıq. Bu istiqamətdə də işlər gedəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi