Modern.az

Sahibə Qafarova Cenevrəyə GETDİ

Sahibə Qafarova Cenevrəyə GETDİ

Parlament

27 İyul 2025, 16:25

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlamentlərarası İttifaqın Qadın Parlament Sədrlərinin 15-ci Sammitində iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib.

 

Modern.az xəbər verir ki, Cenevrə hava limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, ölkəmizin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Səfər çərçivəsində Milli Məclisin sədrinin tədbirlərdə çıxışları və nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək