Modern.az

Ağ Evin rəmzi açarı hər liderə təqdim olunmur

Ağ Evin rəmzi açarı hər liderə təqdim olunmur

Parlament

9 Avqust 2025, 15:11

Dünyanın birnömrəli paytaxtı  və birnömrəli ofisində Prezident Donald Tramp kimi güclü şəxsiyyətin iştirakı və şahidliyi ilə imzalanmış ikitərəfli və üçtərəfli sənədlərin tarixi əhəmiyyətini, onların bəhrəsini müasir Azərbaycanla yanaşı, gələcək nəsillər də öz həyatlarında mütləq hiss edəcək.

Onlar da görəcəklər ki, bu tarixi nailiyyətin arxasında nə qədər güclü siyasi iradə, milli hədəflərimizə xidmət edən fədakar və əyilməz fəaliyyət dayanıb!

Prezident Donald Trampın Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri ilə bağlı səsləndirdiyi fikirlər tarixdə şəxsiyyət faktorunun səmimi etirafıdır. ABŞ Prezidenti bütün dünyanın qulaq kəsildiyi Ağ Evdə Prezidentimiz haqqında belə dedi: “Siz böyük lidersiniz”. Cənab Donald Tramp Prezident İlham Əliyevin yüksəksəviyyəli danışıqları aparmaq məharətinə xüsusi diqqət yetirərək əlavə etdi: “Siz gözəl danışıq aparırsınız... Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”.

Bu cür dərinmənalı və nadir siyasi jest Azərbaycanın beynəlxalq hüquq normaları əsasında Cənubi Qafqazda yaratdığı yeni reallığa, bərpa etdiyi tarixi ədalətə və dayanıqlı sülhün əldə olunmasına verdiyi əməli töhfəyə “qıyqacı” baxan bəzi dairələrə həm də xəbərdarlıq mesajıdır!

Ülvi Quliyev
Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza