Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təltif edilib.
Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Hicran Kamran qızı Hüseynova 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Hicran Hüseynova sabah 70 yaşını qeyd edir.