Modern.az

Parlamentin Aqrar siyasət komitəsi sentyabrın 12-də TOPLAŞIR

Parlamentin Aqrar siyasət komitəsi sentyabrın 12-də TOPLAŞIR

Parlament

3 Sentyabr 2025, 10:26

Milli Məclis payız sessiyasına hazırlaşır. Sentyabrın 10-dan sonra komitə iclasları başlayacaq.

İlk komitə iclaslarından biri də Aqrar siyasət komitəsində keçiriləcək.

Komitənin sədri Tahir Rzayev Modern.az-a açıqlamasında bildirib ki, payız sessiyasında ilk iclas sentyabrın 12-nə planlaşdırlıb. 

O, vurğulayıb ki, iclasın gündəliyinə bir sıra məsələlər daxildir:

"Yaz sessiyasında və növbədənkənar sessiyada komitənin iclaslarında bir çox vacib məsələlər müzakirə olunub. Həmin məsələlərin şərhi bir daha komitə üzvlərinə bildiriləcək. 2025-ci ilin payız sessiyasının işlər planına daxil olan məsələlər gündəmdədir. Sözsüz ki, bu sessiyanın da uğurlu keçirilməsi üçün günün reallıqlarından irəli gələn bir sıra məsələlər var. Ola bilsin iş planında nəzərdə tutulmuş məsələlərdən əlavə müəyyən müvafiq orqanlardan lazımi sənədlər komitəyə daxil olsun. Əlbəttə ki, onların da müzakirəsi təmin olunacaq. Yaz sessiyasında gündəlikdə olan məsələlər demək olar ki, tamamilə müzakirə olunub. Bu sessiyada biz aqrar sahənin inkişafı, görülən işlər, qarşıda duran məsələlərlə əlaqədar həm komitədə, həm də müvafiq orqanalarda dinləmələrin, məsləhətləşmələrin aparılmasını nəzərdə tuturuq".

Komitə sədri əlavə edib ki, aqrar sahədə kadr hazırlığı ilə əlaqədar dinləmə keçirilməsini planlaşdırırlar:

"Çünki bu gün aqrar sektorun inkişafı ixtisaslı kadr hazırlığından çox asılıdır. Bu sahədə son illərdə tədbirlər görülür. Kadrların hazırlanmasında Aqrar Universitet böyük rol oynayır. Universitetin fəaliyyətinin ildən-ilə genişləndirilməsi deməyə əsas verir ki, kadr hazırlığı önəmlidir və bu sahəyə diqqət daha da artırılmalıdır. Əlbəttə ki, sessiya dövründə bir çox görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu, günün tələbləri ilə əlaqəlidir. Komitə üzvləri əvvəllər olduğu kimi bu görüşlərdəiştirak edəcəklə".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular