İnzibati xəta və ya cinayət törətmiş və ya törətməkdə şübhəli bilinən, yaxud barəsində həbs qətimkan tədbiri seçilmiş, axtarışda olan və ya cəzaçəkmə müəssisəsindən qaçmış şəxsləri Daxili qoşunların hərbi qulluqçuların saxlamaq hüququ olacaq.
Modern.az xəbər verir ki, bu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunun layihəsində bildirilib.
Həmçinin fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimini, habelə dini ekstremizm və terror əleyhinə aparılan xüsusi əməliyyat zonalarının hüquqi rejimini pozmuş şəxsləri;
daxili qoşunlar tərəfindən mühafizə olunan obyektlərə qanunsuz daxil olmağa cəhd edən və ya daxil olmuş şəxslər də bu siyahıya daxildir.
Qeyd edək ki, saxlanılan şəxslərə dərhal saxlanmanın səbəbləri bildirilməli və hüquqları izah edilməlidir. Saxlanılan şəxslər dərhal ən yaxın polis orqanına təhvil verilməlidir. Tibbi zərurət olduğu halda saxlanılan şəxsə ilk tibbi yardım göstərilməlidir.