Daxili qoşunların hərbi qulluqçuları insanların həyatını xilas etmək zərurəti yarandıqda, fövqəladə hallar və kütləvi iğtişaşlar zamanı insanların təhlükəsizliyinin və ictimai qaydanın qorunması vəzifələrini yerinə yetirdikdə nəqliyyat vasitələrinə daxil ola biləcək.
Modern.az xəbər verir ki, bu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunun layihəsində bildirilib.
Bundan başqa Daxili qoşunların hərbçiləri cinayət törətmiş və ya cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanıldıqdacinayətlərin qarşısı alındıqda, terror təhlükəsi barədə məlumat alındıqda və fövqəladə halların nəticələri aradan qaldırıldıqda.
Qeyd edək ki, nəqliyyat vasitəsinə daxil olma faktı ilə əlaqədar daxili qoşunların hərbi qulluqçusu böyük rəisini və yerli polis orqanını dərhal məlumatlandırır.
Nəqliyyat vasitəsinə onun sahibinin məlumatı olmadan və ya iradəsi ziddinə daxil olma faktı qanunla müəyyən edilmiş qaydada təxirəsalınmadan protokollaşdırılmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirilməlidir.