Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası öz işinə başlayıb.
Modern.az xəbər verir ki, iclas “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr olunub.
Qeyd edək ki, Konstitusiyanın 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.
Sədr Sahibə Qafarova müraciəti nəzərə alaraq Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.