Modern.az

Daxili qoşunların komandanının səlahiyyətləri belə olacaq

Daxili qoşunların komandanının səlahiyyətləri belə olacaq

Parlament

9 Sentyabr 2025, 15:44

Daxili qoşunların komandanının səlahiyyətləri müəyyənləşdiriləcək.

Modern.az-ın məlumatına görə, bu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların komandanı daxili qoşunların şəxsi heyətinin birbaşa rəisi olacaq.
Daxili qoşunların komandanı:

-    daxili qoşunları bilavasitə idarə edəcək, onların xidməti-döyüş vəzifələrini müvəffəqiyyətlə yerinə yetirməsinə və səfərbərlik hazırlığının saxlanılmasına görə cavabdeh olacaq;
-    müavinlərinin, daxili qoşunların idarəetmə orqanının struktur bölmələrinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edəcək;
-    daxili qoşunların fəaliyyətinin, strukturunun, ştatlarının, habelə daxili qoşunların fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, təşkilati tədbirlər görülməsi, inkişaf, səfərbərlik, yerləşdirmə və tətbiq planları ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təkliflər verəcək;
-    daxili qoşunların müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) qarşılıqlı əlaqədə tədbirlər görəcək, habelə həqiqi hərbi xidmətə qəbul məsələlərini həll edəcək;
-    əmrlər, sərəncamlar və göstərişlər verəcək, normativ hüquq aktlarda nəzərdə tutulmuş hallarda müvafiq sənədləri təsdiq edəcək;
-    daxili qoşunların döyüş hazırlığı, fəaliyyət və elmi tədqiqat işlərinin planlarını, habelə döyüş təlimi proqramlarını təsdiq edəcək;
-    ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə namizədlərin vəzifəyə təyin olunması və ya vəzifədən azad edilməsi, ali hərbi rütbələrin verilməsi, daxili qoşunların idarəetmə orqanında hərbi və mülki vəzifələr üçün, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissə və bölmələrin polkovnik və            polkovnik-leytenant vəzifələri üçün nəzərdə tutulmuş ştatların təsdiq edilməsi və onlarda dəyişiklik edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təkliflər verəcək, xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissə və bölmələrin mayor rütbəsinədək (bu rütbə də daxil olmaqla) hərbi rütbə üzrə vəzifələri üçün nəzərdə tutulmuş ştatları təsdiq edəcək;
-    zabitləri ştatla mayor rütbəsinədək (bu rütbə də daxil olmaqla) hərbi rütbə üzrə vəzifəyə təyin edəcək və vəzifədən azad edəcək, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxacaq;
-    zabitlərə (ilk zabit rütbəsi və həvəsləndirmə qaydasında zabit rütbələri istisna olmaqla) mayor rütbəsinədək (bu rütbə də daxil olmaqla) növbəti hərbi rütbələr verəcək;
-    gizirləri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını vəzifəyə təyin edəcək və vəzifədən azad edəcək, onlara hərbi rütbələr verəcək, habelə zabitlərdən başqa digər hərbi qulluqçuları hərbi rütbələrdən məhrum edəcək, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxacaq;
-    mülki işçiləri işə qəbul edəcək və işdən azad edəcək;
-    şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi sahəsində tədbirlər görəcək;
-    səlahiyyətləri daxilində daxili qoşunların hərbi qulluqçularını, mülki işçilərini mükafatlandıracaq, təltif edəcək, intizam məsuliyyətinə cəlb edəcək və digər məsuliyyət tədbirlərinin görülməsini təmin edəcək;
-    “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq daxili qoşunların silah, xüsusi vasitələr, döyüş texnikası və xüsusi texnika ilə təmin edilməsi üçün müqavilələr bağlayacaq;
-    səlahiyyətləri daxilində fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin olunmasına və fövqəladə vəziyyətin, habelə sosial xarakterli fövqəladə mühitin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılmasına cəlb edilən daxili qoşunların və daxili işlər orqanlarının birgə fəaliyyətinin təmin edilməsi üçün tədbirlər görəcək;
-    daxili qoşunların fəaliyyətinin təftişinə dair materiallarla tanış olacaq, həmin materiallar üzrə verilmiş rəyləri təsdiq edəcək, aşkar edilmiş pozuntuların (nöqsanların) aradan qaldırılması və təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görəcək;
-    daxili qoşunların beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti ilə əlaqədar tədbirlər görəcək.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?